«

Mar 29

Masallı – Yardımlı şəlalə turu – tarix və coğrafiya müəllimlərinin müşayəti ilə

Biz sizi bizimlə birgə Azərbaycanın gozəlliyini fəth etməyə və yaddaşlarda qalacaq xatirələr yaşamağa dəvət edirik.

Gorüş saat: 06:30
07:00-12:00 Bakı-Masallı yolu.
Salyanda səhər yeməyi
Yolda tənəffüs 15 dəqiqə
12:00-14:00 Nahar yeməyi+çay süfrəsi
14:00-15:30 İstisu ərazisində gəzinti.
Rayonda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədirQaynar sulu kiçik şəlalə və asma körpü buranın gözəl mənzərəsinin doğurduğu təəssüratı daha da zənginləşdirir. Rayonda tarixi – memarlıq abidələrindən misal olaraq, XIX əsrdə tikilmiş hamam və məscidi, Ərkivan qülləsini , Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini göstərmək olar. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bir sözlə, mineral suları birbaşa bulaqların gözündən içən, ətraf meşələrin bol meyvə və giləmeyvəsindən dadan, məlhəm havasından udan hər bir kəsdə yurdumuzun misilsiz gözəllikləri barədə xoş təəssürat yaranır.
15:30-16:00 İstisu-Yardımlı yolu.
16:00-19:00 Yardımlı şəlaləsi və Viləş gölündə gəzinti.
19:00-23:59 Masallı-Bakı yolu.