Gəz və Öyrən

Məqsəd

Şagirdlər məktəb gəzintilərini çox sevir. Şagirdlərin bilik, təcrübə və dünyagörüşünün artmasına, bacarıqlarının inkişafının sürətlənməsinə xidmət edən gəzintilər həm də onların müstəqil fikir sahibi olmalarına təkan verir.

Xəzər Universiteti Dünya məktəbi şagirdlərə ətraf aləmi, mədəni irsimizi, tarix və cöğrafiyamızı yaxından tanıtdırmaq üçün onlara şəhər, region və qonşu ölkələrə gəzinti – turlar təşkil edir. Şagirdlərin dərsliklərindəki mövzularla baglı və ya mövzuya yaxın məqamları yerindəcə tanıma, məktəbə geri dönüşündə tətbiq etmə məqsədli gəzintilər məktəbin müvafiq fənn müəllimləri ilə birgə həyata keçirilir.

 

Gəzintilərin faydası

Şagird məktəb mühitindən uzaqlaşır və cəmiyyətdə tətbiq olunan qaydalarla, ailədən kənarda özünə aid qərarlar ala və sərbəst fikir yürütmək bacarığını təkmilləşdirə bilir. Bununla özünəgüvən formalaşır. Gəzinti zamanı şagird həm də daha fərqli əylənə bilir. Çünki bir məktəbli üçün öz həmyaşıdı ilə əyləncəli vaxt keçirməkdən daha maraqlı hec nə ola bilməz!