Region turları

Şamaxı Rəsədxanasına ekskursiya – Tarix müəllimlərinin müşayəti ilə
Ekskursiyaya daxildir: Komfortlu avtobusda əyləncəli gediş-gəliş, səhər yeməyi, foto şəkilişləri,tur bələdçisi,yaşıl meydançada futbol
Nahar yeməyi fasiləsi (Pendir, tərəvəzlər, Göyərti (səbzi) Şoraba(assorti) +Sup və ya Dovğa, assorti kabablar: Lulə kabab, Tikə kabab,Toyuq kabab ,Pomidor kababi+kartof qızartması => free)) + çay süfrəsi (əgər özləri ilə nahar götürsələr bu bəndi pozaq)
Əlavə olaraq:
  • Pirqulu Ekskursiyyasi, Qoşa Bulaq ailəvi İstirahət mərkəzində samovar çayı və meşə gəzintisi
  • Pirquluda Azərbaycan Milli Elmlər Akademiyasi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəssədxanası Muzey ekskursiyası
  • Şamaxı Cümə məscidinə və Qobustan Diri baba türbəsinə ekskursiya
  • Qobulənd İstirahət mərkəzində yaşıl meydançada futbol (futboldan sonra samovar çayı təklifi)
Atraksionlardan istifadə şagirdlərimizin öz hesabınadır- katamaran,buz meydançası,metkartinq,qolf və digər nəqliyyatla gəzinti,…və.s.)
Quba turu – tarixi yerlərə baxış
Ekskursiyaya daxildir: Komfortlu avtobusda əyləncəli gediş-gəliş, səhər yeməyi, foto şəkilişləri,tur bələdçisi,yaşıl meydançada futbol.
  • 31 mart Soyqırım qurbanları-Kütləvi Məzarlıq
  • Qırmızı qəsəbəyə ekskursiya(dağ yəhudilərinin yaşadığı məkanlar)
  • Luna Parka gediş (atraksiyonlardan istifadə ödənişə daxil deyil)
  • Çənlibel gölünə gəzinti( piknik yeməyi burada nəzərdə tutulub)
  • Xınalıq Şəlaləsi gəzintisi, Minarə dağı gəzintisi və…..daha ətraflı
Quba Xınalıq yolunun üzərindəki Şəlalə,Minarə dağı,Qəçrəş gəzintisi və fotosessiyalar..
Qəçrəş ərazisinə gəzinti, Sıx Qəçrəş meşəliklərində, Qudyalçayın sahilində istirahət, təbiət sevərlər üçün əsl fürsətdir. Bir sözlə çayların şırıltısı, meşəliklər, quşların səsi əhatəsində siz özünüzü əsl cənnət məkanda hiss edəcəksiniz. Asma körpü isə ekstrim sevərlərə əvəzolunmaz hisslər yaşadacaq. Atla gəzinti isə sizlərə unudulmaz anları bəxş edəcək.
Quba Böyük Qafqazın şimal –şərq yamaclarında ,səfalı bir məkanda yerləşir. Şəhərin tarixi Qudyal kəndində başlayır. Quba şəhərində Cümə məscidi ,Nizami parkı, qırmızı qəsəbə və Kütləvi məzarlığa səyahət edərək, şəhərin tarixi ilə daha yaxından tanış ola bilərsınız.
Bütün türlarda şagirdlərimizi sinif rəhbəri, tarix və coğrafiya müəllimləri müşayət edəcək.
MASALLI  YARDIMLI  ŞƏLALƏ  turu – Tarix və coğrafiya müəllimlərinin müşayəti ilə
Biz sizi bizimlə birgə Azərbaycanın gozəlliyini fəth etməyə və yaddaşlarda qalacaq xatirələr yaşamağa dəvət edirik.
Gorüş saat: 06:30
07:00-12:00 Bakı-Masallı yolu.
Salyanda səhər yeməyi
Yolda tənəffüs 15 dəqiqə
12:00-14:00 Nahar yeməyi+çay süfrəsi
14:00-15:30 İstisu ərazisində gəzinti.
Rayonda müalicəvi əhəmiyyətli kükürdlü su bulaqları çoxdur. İstisu mineral bulağı dağların mənzərəli bir guşəsindədirQaynar sulu kiçik şəlalə və asma körpü buranın gözəl mənzərəsinin doğurduğu təəssüratı daha da zənginləşdirir. Rayonda tarixi – memarlıq abidələrindən misal olaraq, XIX əsrdə tikilmiş hamam və məscidi, Ərkivan qülləsini , Boradigah və Digah kəndlərindəki məscidləri (XV əsr), Seyid Sadıx türbəsini göstərmək olar. Masallı ərazisi 168 qədim, sirli abidələr, qalalar, saraylar, ziyarətgahlar, hamamlar, bulaqlar məskənidir. Bir sözlə, mineral suları birbaşa bulaqların gözündən içən, ətraf meşələrin bol meyvə və giləmeyvəsindən dadan, məlhəm havasından udan hər bir kəsdə yurdumuzun misilsiz gözəllikləri barədə xoş təəssürat yaranır.
15:30-16:00 İstisu-Yardımlı yolu.
16:00-19:00 Yardımlı şəlaləsi və Viləş gölündə gəzinti.
19:00-23:59 Masallı-Bakı yolu.